Yəmənin paytaxtı Adendə terrorçular tərəfindən hərbi antiterror düşərgəsinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb. Daha sonra isə terrorçular və hərbçilər arasında atışma başlayıb.
"İnertaks"ın verdiyi məlumata görə, partlayış və atışma nəticəsində 6 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb. İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumata əsasən, ölənlərin 3-ü təhlükəsizlik xidmətinin əməkdaşı, 3-ü isə mülki şəxs olub/Trend.