Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili istintaq işi üçün Ukranyaya qayıtmağa hazır olduğunu bildirib.
Bu barədə Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb.
“Sizin işinizin üstünü açmaq üçün Ukraynaya qayıtmağa hazıram”,- deyə o qeyd edib.
Qeyd edək ki, Ukrayna Dövlət Sərhəd Xidməti Polşaya, oradan isə Hollandiyaya mühacirət edən Mixail Saakaşvilinin 2021-ci ilədək ölkəyə girişinə qadağa qoyub/Axar.az.