XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 17:13

“İki terror aktının qarşısı alınıb” –Fransanın daxili işlər naziri

Fransanın hüquq mühafizə orqanları 2018-ci ilin əvvəlindən başlayaraq iki terror aktının qarşısını alıb.

Bu barədə ölkənin daxili işlər naziri Jerar Kollon bəyan edib.

“Yanvarın 1-dən başlayaraq iki terror aktının törədilməsi planlarının qarşısı alınıb”,-deyə o, bildirib.

Onun sözlərinə görə, terrorçular hücumlardan birini idman obyektində, digərini isə hərbçilərə qarşı törətməyi planlaşdırıdılar. Terror aktları Fransanın şimalında və qərbində həyata keçirilməliydi.

Nazir həmçinin vurğulayıb ki, Fransada terror təhdidi yüksək olaraq qalır/Trend.