“Bayrağımız parabeyinlərin hücumuna məruz qalıb”
Strateq.az Haberler.com-a isnadən xəbər verir ki, MHP lideri Dövlət Baxçalı bu gün öz partiyasının qrup toplantısında terrorbaşı Abdullah öcalanın irəli sürdüyü və hazırda Türkiyədə gündəmdə olan “tərki-silah” mövzusuna toxunaraq deyib: “Ədalət və İnkişaf Partiyası öz ruhunu PKK-ya təslim edib. Qəndil heyranlığı ƏİP-in ağlını başından alıb. Görürsünüzmü, Türkiyə Cümhuriyyəti bir terrorçunun 10 maddəlik mətnini çözüm kimi təqdim edir. ölkəni bölməyə çalışanların acığına bu millətin adı türkdür” .
Lider bildirib: “ölkəmiz qaranlıq bir tunelə girib. Vətənimiz qorxaqların və terrorçu qrupların marığındadır. Bayrağımız parabeyinlərin hücumuna məruz qalıb”.
MHP lideri hesab edir ki, ƏİP 13 ildə ölkənin mitilini çıxardıb: “Mənəviyyata ən ağır zərbə vuranlar hakimiyyətdədir”.