“Türkiyənin Berlindəki səfirliyinin binası naməlum şəxslərin hücumuna məruz qalıb”.
Bunu Türkiyənin Almaniyadakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Refik Soğukoğlu bildirib.
Onun sözlərinə görə, fevralın 27-də səhər saatlarında 4 kimliyi məlum olmayan kişi səfirliyin binasına sarı, qırmızı və yaşıl boyalar ataraq qaçıblar: “Səfirliyimizin binasında 8 yerdə boya təsbit etmişik. Polis hücum edənlərə anındaca müdaxilə edə bilmədi”.
Polis də faktı təsdiqləyib. Təqsirkarların tutulması istiqamətində əməliyyat başlayıb.
Faktla bağlı cinayət işi açılıb/Report.