ABŞ hərbçiləri Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının mövqelərinə aviazərbələr endirib.
Bu barədə ABŞ-ın Afrika komandanlığı məlumat yayıb.
Aviareyd zamanı iki yaraqlının məhv edildiyi bildirilir. Aviazərbələr Cilib yaşayış məntəqəsinin yaxınlığında həyata keçirilib.
ABŞ təyyaraləri mütamadi olaraq “Əş-Şəbab” qruplaşmasının mövqelərinə zərbələr endirir.
Qeyd edək ki, qruplaşma İŞİD-lə sıx əlaqədədir/Trend.