XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Fevral 2018 - 11:37

KİV:"İran Dəməşq yaxınlığında yeni raket bazası yerləşdirib"

İran Suriyada yeni hərbi baza yerləşdirib. 

“Report” “Fox News” televiziyasına istinadən xəbər verir ki, bu ölkədə daimi qalacaq bazada raketlər üçün anqarlar mövcuddur.

Bu hərbi obyektin Suriya paytaxtı Dəməşqdən, təqribən, 12 km şimal-qərbdə yerləşdiyi və ora İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının xüsusi qüvvələrinin nəzarət etdiyi bildirilib. 

Məlumata görə, həmin hərbi bazadan İsrail ərazisinin istənilən hissəsinə zərbə endirmək mümkündür. Vurğulanıb ki, ötən il peyk informasiya sisteminin yardımı ilə Dəməşqin cənubunda da İrana məxsus hərbi baza aşkarlanmışdı. 

Xatırladaq ki, İsrail əvvəllər bir neçə dəfə Tehranı Suriya və Livanda yüksək dəqiqliklə idarə edilən raket istehsalı obyekti tikməkdə ittiham edib.

İran hakimiyyəti isə Suriyada hərbi bazasının olmadığını bildirib.