XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 08:54

“Boko Haram”-ın hakimiyyəti altında

Nigeriya sakinləri hökumətdən məktəbli qızları xilas etməyi tələb edirlər

Sağ qalmış qadınların hekayətləri

“Boko Haram” terror qruplşmasının Nigeriyanın çibok şəhərindən 300 məktəbli qızı oğurlamasından bir il keçir, lakin 200-dən çox qız əvvəlki kimi itkin düşmüş sayılır.

Bu günlərdə məlumat gəlib ki, 50-yədək qızı ölkənin quzey-şərqindəki Qvoza əyalətində görüblər, amma onlar yenə də islamçıların hakimiyyəti altındadır.

“Boko Haram” Qərb təhsilinə qarşı olan qruplaşma kimi meydana çıxıb və onun yaraqlıları məktəblərə, digər təhsil müəssisələrinə tez-tez hücum edirlər.

Onlar həmçinin qadının cəmiyyətdəki yeri barədə mühafizəkar müsəlman baxışlarının tərəfdarıdırlar.

Qadınların islamçıların hakimiyyəti altındakı həyatı haqda bir neçə hekayəti dərc edirk.

17 yaşlı Abigeyl Con

İslamçılar kəndə hücum edərkən onlardan qaçıb, lakin qruplaşma Mubi şəhərini tutandan sonra əsir düşüb. Nigeriya hərbçiləri şəhərə nəzarəti geri qaytarmağa cəhd edərkən aviazərbə nəticəsində yaralanıb.

“”Boko Haram” döyüşçüləri bizi atəşə tutulan yerdən götürüb kazarmaya apardılar. Bizə İslamdan danışırdılar və yaralarımızı müalicə edirdilər. Bundan sonra bizi başqa bir evə apardılar, bizi orada saxlayır və din öyrədirdilər.

Tələb etdik ki, bizi valideynlərimizin yanına qaytarsınlar, lakin dedilər ki, bunu edə bilməyəcəklər. Valideynlərimizi qaytarmaqdan ötrü onların hara qaçdığını söyləməyi tələb etdilər. Bizi onlardan birinin arvadı olan qadının yanında qoydular. O, qayğımıza qalır və yemək hazırlayırdı.

Bu qadın bir dəfə gəlib istifadə etdiyi qablar da daxil olmaqla bütün əşyalarını götürdü. Bundan sonra qaçdı. Tezliklə hərbçilər gəlib bizi xilas etdilər”.

20 yaşlı Ruqaya İbrahim

“Boko Haram”ın döyüşçüləri hücum edəndə şəhərdən qaça bilməyib. Beş ay ərzində islamçıların hakimiyyəti altında yaşayıb, sonra öz ərini tapmaqdan ötrü qaçıb.

“Biz beş ay ərzində “Boko Haram”ın hakimiyyəti altında yaşadıq. Onların maşın və motosikllərinin səsini eşidən kimi çöllərə qaçdıq, lakin hamı buna nail ola bilmədi. Müsəlman və yaxud xristian olmağın dəxli yoxdur, onlara qoşulmaqdan imtina edirsənsə, səni öldürürlər. Həm də istəyirdilər ki, hamı, hətta qadınlar da silah gəzdirsinlər”.

22 yaşlı Xadiza İbrahim

“Boko Haram”ın tutduğu şəhərdə yaşayan Xadiza zorla ərə verildiyi gecə şəhərdən qaçıb.

“Hər gün gəlib ərimin harada olduğunu soruşurdular. Deyirdilər ki, onların qənimətiyəm və onların qanununa görə, ərin tərk etdiyi qadını təzədən ərə vermək olar. Yaşadığım evdən bir qızı aparmışdılar. Onu geri qaytaranda anası dedi: “Ləkələyəndən sonra onu geri qaytarırsınız?”

Ana yaraqlılara dedi ki, onu aparsınlar, bir neçə gündən sonra isə kişi bu ailəyə on beş dollar gətirdi. Onlar anama da hədə-qorxu gəldilər ki, kiçik bacımı onlara verməsə, anamı öldürəcəklər, lakin anam razılaşmadı”.

25 yaşlı Hadiza Usman

“”Boko Haram”ın döyüşçüləri şəhərə girərkən ərim evdə gizləndi, çünki bilirdik ki, kişiləri hökmən öldürəcəklər. Ona görə narahat olub qaça bilmədim. Axırda o qaçdı. Mənsə bacarmadım. Şəhərdə xeyli qadın qaldı və Qvozaya gətirilmiş qadınlar haqqında çox şayiələr dolaşırdı. Danışırdılar ki, oğurlanmış məktəbli qızlar oradadırlar, senatorun evində qalırmlar. Söz-söhbət gəzirdi ki, xəstəxanada məhz onlar işləyir və dərman verirlər. Mən xəstəxanada bir neçə dəfə oldum, çünki uşaqlarım xəstələnmişdi. O qadınları gördüm, ancaq onların oğurlanmış məktəblilər olub-olmadığını deyə bilmərəm”.

27 yaşlı Marta İehova

“”Боко Haram”ın döyüşçüləri bizi kəndimizdən Bitdəki düşərgəyə apardılar. Bizi bir evdə saxlayırdılar, üzbəüz evdə isə oğurlanmış məktəbli qızlar qalırdı. Biz onları görürdük, onlar bizi görə bilirdi, lakin görüşməyə fürsət tapa bilmədik. Onlarla başqa cür davranırdılar. Biz kasıb yeməyi yeyirdik, onlara isə yaxşı yemək çatırdı. Bəzən əvvəllər adam öldürülmüş nohurdan su içirdik, lakin çibok məktəblilərinin yanında onların bazası tərəfdə su kranı vardı.

Dərsi öyrənə bilməyəndə bizi döyürdülər. Kürəyimdə kötəkdən yara yerləri qalıb”.

18 yaşlı Debora

Oğurlanmış məktəblilərdən biri. “Boko Haram”ın əlindən qaçandan sonra iki gün meşədə keçirib.

“Aprelin 14-də gecə yarısı yaraqlılar məktəbimizə girdilər. Əvvəlcə elə bildik ki, hərbçilərdir. Onlar bizi yük maşınlarına soxub meşəyə apardılar. Dedilər ki, bizə məktəbə getmək olmaz. Məktəbə getsək, onda bizi və doğmalarımızı öldürəcəklər. Getdiyimiz yerə çatarkən bizə yemək verib əmr etdilər ki, xörək bişirək. Mən onlarla qalmaqdansa ölümün yaxşı olduğunu qət edib boyun qaçırdım. Rəfiqələrimə dedim ki, qaçmalıyıq, qaçmasaq, pis olacaq. Yalandan dedik ki, ayaqyoluna getməliyik, sonra isə qaçdıq. İki yaraqlı dalımıza düşdü. Amma biz gözdən yayınana qədər qaçır, qaçırdıq”.

Stefani Heqarti

BBC, русская служба