XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2018 - 17:44

Cənubi Koreya və ABŞ müştərək hərbi təlimləri bərpa edəcək- Aprel ayında

ABŞ və Cənubi Koreyanın mütəmadi birgə təlimlərinin keçirilməsi praktikası 2018-ci il aprel ayının ilk həftəsində bərpa olunacaq.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Vaşinqtonda keçirilən seminarda çıxış edən Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Mun Çon İn bildirib.

“Buna baxmayaraq, təlimlər keçirilmədən öncə ABŞ və Şimali Koreya arasında danışıqlar baş tutacaq, ola bilər ki, hər hansı bir kompromis əldə olundu”, – deyə cənubi koreyalı məmur əlavə edib.

Xatırladaq ki, müştərək hərbi təlimlər Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunları zamanı tərəflərin qarşılıqlı razılığı əsasında dayandırılmışdı.