XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 17:24

Prezident Trampın kürəkəni məxfi məlumatlara çıxışdanməhrum edilib

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin ən dəyərli ABŞ kəşfiyyat məlumatları toplumu olan Prezidentin Gündəlik Brifinqi adlanan sənədə çıxışı dayandırılıb.

Bu barədə məsələ ilə məlumatlı iki ABŞ rəsmisi xəbər verib. Onların sözlərinə görə, bu addım Ağ Evdə dövlət sirlərinə çıxışa nəzarətin gücləndirilməsi çərçivəsində atılıb. Trampın yaxın müşaviri olan Kuşner bir ildir ki, müvəqqəti təhlükəsizlik akkreditasiyası ilə işləyirdi.

Mənbələr onun tam məxfi məlumatlara çıxışdan ötən bir neçə həftədə məhrum edildiyini xəbər verib. (Amerikanın Səsi)