XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 18:33

Sobçak canlı yayımda Jirinovskiyə su atdı- VİDEO

Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal qeydə alınıb.

Trend-in məlumatına görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.

Qeyd olunur ki, başqa bir namizəd Sergey Baburinin çıxışı zamanı V.Jirinovski müdaxilə edib.

Əvəzində K.Sobçak onu sakit olmağa çağırıb. İki nəfər arasında yaranan mübahisə qalmaqala çevrilib. Nəticədə debatın yayımı dayandırılıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.