Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ABŞ-a səfər edəcək.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, o, martın 19-dan 22-dək davam edəcək səfər çərçivəsində Vaşinqton, Nyu-York və Boston şəhərlərinə gedəcək.
Məlumata görə, Məhəmməd bin Salman bundan əvvəl – martın 7-də Britaniyaya səfər edəcək. O, baş nazir Tereza Meylə sosial sahədə islahat barəsində fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, vəliəhd Krallıqda apardığı islahatı “şok müalicə” adlandırıb.