XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 20:25

Ermənilər Amerikaya viza almaq üçün hansı saxtakarlığa əl atır? –ABŞ səfiri dələduzluq sxemini açıqlayıb

ABŞ-ın Yerevandakı səfirliyi Ermənistan vətəndaşlarının bu ölkəyə viza almaq üçün etdikləri dələduzluq sisteminin sxemini açıqlayıb.

Səfirliyin məlumatına əsasən, ABŞ vətəndaşı Stele Boyacyana və Ermənistan vətəndaşları – Diana Qriqroyan və Qraç Atoyana qarşı viza ilə bağlı dələduzluq ittihamı irəli sürülüb.

İttihama görə, onlar rüşvətlə Ermənistandan vətəndaşların qanunsuz yolla ABŞ-a çıxışını təşkil edirmişlər. Onlarda nadir hallarda verilən “R-3” tipli viza olub.

“Bu tip viza, adətən, Ermənistanın mədəni irsini ABŞ-da təqdim etmək üçün erməni sənətşünaslarına, mədəniyyət xadimlərinə, musiqiçilərinə və ifaçılarına verilir”, – deyə səfirlikdən bildirilib.

Onlar müraciət edənləri müsabiqə zamanı veriləcək suallara hansı cavabı verməklə bağlı təlimatlandırır, özlərini incəsənət adamı kimi təqdim etmələrini deyirmişlər. İttiham olunanlar Ermənistan vətəndaşlarını ABŞ-a mədəniyyət və incəsənət xadimi kimi aparırmışlar.

Stele Boyacyan və Qraç Atoyan mühakimə olunacaq, Diana Qriqroyan barəsində isə axtarış elan edilib/Report.