XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 12:05

Ermənistan parlamentində prezident seçkisi başlanıb –Nəticələr bu gün açıqlanacaq

 

Cümə günü Ermənistan parlamentində ölkə prezidenti seçkilərində səsvermə başlanıb.

“RİA Novosti” informasiya agentliyi xəbər verir ki, yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən irəli sürülüb. Səsvermədə 105 deputatın iştirakı gözlənilir. Prezident seçilmək üçün deputatlardan dörddə üçünün və ya 79-nun səsi lazımdır.

Səsvermənin nəticələri bu gün açıqlanacaq.