XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2018 - 17:42

Konqoda etnik zəmində toqquşma- 49 nəfər ölüb

Konqo Demokratik Respublikasında etnik zəmində baş verən toqquşma nəticəsində 49 nəfər ölüb, daha onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, martın 1-dən 2-nə keçən gecə lenda xalqının radikal baxışlı nümayəndələri əlbir olduqları şəxslərlə birgə İturi əyalətinin Maze kəndinə hücum etmək istəyiblər, lakin təhlükəsizlik qüvvələri onların bu cəhdinin qarşısını alıb.

Bir müddətdən sonra yaraqlılar daha da möhkəmlənərək yenidən qayıdıblar və bu zaman toqquşma baş verib.

Lenda əkinçiləri və hem maldarları arasında etnik düşmənçilik 1999-cu ildən davam edir. Etnik qruplar torpağa, təbii ehtiyatlara, həmçinin qızıla nəzarət üstündə bir-biri ilə düşmənçilik edirlər.