XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 12:36

İtaliyada parlament seçkiləri başlayıb

İtaliyada parlament seçkiləri başlayıb.

Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla səhər saat 7-də (GMT+4) açılıb. Ölkə ərazisində və xaricdə 61 mindən artıq seçki məntəqəsi açılıb.

Aşağı palataya deputat seçmək hüququna 18 yaşa çatmış 46,6 milyon italiyalı malikdir. Senator seçmək hüququna isə 25 yaşa çatmış 42,8 milyon vətəndaş malikdir.

Seçki məntəqələri yerli vaxtla saat 23:00-a (02:00 GMT+4) fəaliyyət göstərəcək.