XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 13:17

Neymar əməliyyat olunub- Braziliyada

PSJ klubunun Fransa çempionatının 27-ci turu çərçivəsində "Marsel"ə qarşı keçirilən matçda (3:0) topuğundan zədə alan futbolçusu Neymar Braziliyada uğurla əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidmətinə istinadən "Fox Sports" məlumat yayıb.

Braziliya yığmasının həkimi Rodriqo Lasmar bildirib ki, Neymar zədə üzündən üç ay oynaya bilməyəcək. Forvard Çempionlar Liqasının 1/8 finalının "Real"a qarşı keçiriləcək cavab matçını dəqiq buraxacaq. Görüş matrın 6-da keçiriləcək. Birinci matç 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.