XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2018 - 15:30

İtaliya millisinin müdafiəçisi dünyasını dəyişib- Oteldə ölü tapılıb

Futbol üzrə İtaliya yığmasının və "Fiorentina" klubunun müdafiəçisi Davide Astori bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölmüş vəziyyətdə tapılıb.

“Report” xəbər verir ki, bu barədə "bənövşəyilər"in rəsmi saytı məlumat yayıb.

Otuz bir yaşlı futbolçu yuxudan ayılmayıb. Onun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.

"Fiorentina"nın Bakı vaxtı ilə 18:00-da İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə "Udineze" ilə planlaşdırılan matçı bu səbəbdən təxirə salınıb.