XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 16:55

ABŞ Şimali Koreya ilə danışıqlara başlamağa hazırdır –Tramdan daha bir açıqlama

ABŞ Şimali Koreya ilə danışıqlara başlamağa hazırdır, lakin bunun üçün PXenyan nüvə silahından imtina etməlidir.

Bunu ABŞ prezidenti Donald Tramp nüfuzlu jurnalist təşkilatının yaradılmasının ildönümü münasibətilə təntənəli ziyafətdə çıxışında deyib.

Onu müşayiət edən Ağ Evin mətbuat xidmətinin jurnalistlərinin sözlərinə görə, dövlət başçısı bildirib ki, Şimali Koreya lideri Kim Çen In ilə birbaşa danışıqları istisna etmir.

O, həmçinin iddia edib ki, Pxenyan Vaşinqtonla əlaqə saxlayıb və danışıqlara başlamaq istəyib. Lakin Tramp cavab verib ki, ölkə hakimiyyəti "əvvəlcə nüvə materiallarından imtina etməlidir"/Trend.