XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 16:25

Almaniyada hökumət böhranı həllini tapıb- 161 gündən sonra

Almaniyada Kansler Angela Merkelin sədri olduğu Xristian-demokratik ittifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) arasında hökumətin formalaşdırılması istiqamətində aparılan müzakirələr prosesinin yekununda koalisiya protokolu SDP-nin üzvləri tərəfindən təsdiq edilib.

Azərtac xəbər verir ki, SPD-nin qərargahında təşkil olunan mətbuat konfransında partiyanın sədri Olaf Şolts və xəzinədar Ditmar Nitan koalisiya razılaşmasının qəbul edilib-edilməməsi haqqında səsvermədə SDP üzvlərinin 66,02 faizinin (239 min 604 nəfərin) qərarın lehinə səs verdiyini bildiriblər.

Angela Merkel hökumətin qurulması üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən həlledici qərarın qəbul olunması münasibətilə SDP üzvlərini təbrik edib və Almaniya naminə əməkdaşlıqdan məmnunluğunu bildirib.

Bununla da SDP üzvləri Almaniya Kansleri Angela Merkelin başçılığı ilə CDU/CSU və SPD arasında yenidən hökumətin qurulması məsələsi həllini tapıb. Bundestaq Angela Merkelin namizədliyini martın 14-də səsverməyə çıxaracaq. Proseslər göstərir ki, onun təsdiq olunması üçün artıq heç bir maneə qalmayıb.

Almaniya Bundestaqına sentyabrın 24-də keçirilən seçkilərdən sonra 161 gündür ölkədə hökumət qurulmayıb. Bu, Almaniya Federativ Respublikasının tarixində hökumətin qurulması üçün ən uzunmüddətli prosesdir.