XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2018 - 18:15

Şərqi Qutada 600 insan həlak olub- 2 həftə ərzində

İki həftə ərzində Suriyanın Şərqi Quta bölgəsində aviazərbələr və quru qüvvələrinin hücumu nəticəsində 600-ə qədər insan həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Suriya böhranı üzrə humanitar yardım koordinatoru Panos Moumtzis bildirib.

Fevralın 18-dən indiyə qədər Şərqi Qutada 2 mindən çox insan da yaralanıb.

Qeyd edək ki, fevralın 24-də BMT Təhlükəsizlik Şurası 2401 saylı qətnamə qəbul edib. Qətnamədə Suriya ərazisində humanitar yardımların çatdırılması üçün bütün tərəflərdən atəşi dayandırmaq və ən azı 30 gün döyüşlərə fasilə verilməsi tələb edilib.