XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2018 - 19:53

İranda qəzaya uğrayan sərnişin təyyarəsinin"qara qutu"su tapılıb

İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Reza Cəfərzadə fevralın 18-də qəzaya uğrayan “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan   “ATR-72” tipli sərnişin təyyarəsinin "qara qutu"sunun tapıldığını təsdiqləyib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, R. Cəfərzadə martın 3-də axtarış briqadasının İranın cənub-qərbində, təyyarənin qəzaya uğradığı Dena dağında qəzaya uğrayan təyyarənin "qara qutu"sunu aşkarladığını bildirib. 

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan   “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.