XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 21:39

İsrail və ABŞ irimiqyaslı raketdən müdafiə təlimlərinə başlayır- Minlərlə hərbçi cəlb edilib

İsrail və ABŞ havadan müdafiə və raket əleyhinə qüvvələrinin birgə irimiqyaslı təlimlərinə start verir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlərə minlərlə hərbçi cəlb edilib.   

2001-ci ildən İsraildə keçirilən “Ardıc kobrası” şərti adı altında təlimlər sayca doqquzuncu dəfə baş tutacaq. Hərbçilər iddia edir ki, təlimlər planlı xarakter daşıyır və hər-hansı konkret geosiyasi hadisələrlə əlaqəsi yoxdur.   

Təlimlərə 2 500-dən çox amerikalı, 2 000 israilli hərbçi cəlb edilib.   

Manevrlərdə “Patriot”, “Xets”, “Dəmir günbəz”, “Davudun sapandı” və s.  əsas zenit-raket komplekslərindən geniş istifadəsi nəzərdə tutulub.    

Təlimlərin əsas mərhələsi 4-15 mart tarixlərini əhatə edəcək.