XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2018 - 22:35

Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb

Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya ABŞ-la danışıqlarda iştirak edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR XİN-in məlumatında bildirilir.  

“Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər-hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu gələcəkdə də davam etdiriləcək”, – deyə Şimali Koreya XİN-nin nümayəndəsi bildirib.   

Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə  məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: “Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır”.    

XİN nümayəndəsi həmçinin KXDR-in nüvə proqramının ləğv olunmasına dair Vaşinqtonun niyyətini gülünc adlandırıb.