XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2018 - 22:55

Türkmənistanda indi də qənd qıtlığı yaranıb –Dövlət televiziyası isə ölkədəki bolluqdan reportajlar verir

Türkmənistanın paytaxtı Aşqabadda qənd qıtlığı yaranıb. Bundan əvvəl bölgələrdə un qıtlığının yaranması haqda da məlumat vermişdik.

Son günlər ölkədə zəruri tələbat mallarının dövlət dükanlarındakı satış norması azaldılıb. Məsələn, əvvəllər bir adam gündə maksimum 1 kiloqram qənd, 5 kiloqram da un ala bilərdi. İndi norma iki dəfə azaldılıb: yarım kilo qənd və 2,5 kilo un. Getdikcə dükanlar qarşısında növbələr artır, qənd, un 1-2 saata satılıb qurtarır.

Bu haqda Azadlıq Radiosunun türkmən xidməti xəbər yayıb. Dövlət televiziyası isə ölkədə bolluq olması haqda reportajlar verir.

İnsanlar Aşqabadda dükanların qarşısında səhər saat 6-dan növbə tutmağa başlayır. 

Daşoğuz rayonunda isə un qıtlığını aradan qaldırmaq mümkün olmur. Orada unu ailə üzvlərinin sayına görə satırlar. Yetkinlik yaşına çatmayanlar nəzərə alınmır. Hər adam ayda bir dəfə 5 kilo un ala bilər.

Rayonda 2008-ci ildə istehsal edilmiş un satılır. Undan pis qoxu gəlsə də, insanlar onu almağa məcburdur. Bundan başqa, un növbəsi tutmaq lazımdı. Bəzən növbənin çatmasını 15-20 gün gözləmək lazım olur.

Un almağa hazırlaşmaq lazımdı. Gərək kommunal xidmətə görə borcun olmasın. Bunu təsdiq edən qəbzləri və arayışı satıcıya təqdim etməlisən. Qıtlığa səbəb yerli un istehsalının ötən ilin sonundan azalmasıdır.

Fevralın ortalarında Korrupsiyaya qarşı Mübarizə İdarəsi dəyirmanlarda yoxlamalara başlayıb.

Azadlıq Radiosu