XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

05 Mart 2018 - 22:48

Putin FTX generalları ilə görüşdü:“397 xarici agentin fəaliyyətinin qarşısı alınıb”

Vladimir Putin deyib ki, Rusiya 2017-ci ildə 500-dək casusun qarşısını alıb.

O Federal Təhlükəsizlik Xidmətini (FTX) kibertəhlükəsizlik səylərini artırmağa və məxfi kommunikasiyaların mühafizəsini gücləndirməyə çağırıb. Putin prezident seçkisinə iki həftə qalmış, martın 5-də FTX rəsmiləri ilə görüş keçirirdi.

Rusiya prezidentinin bu qeydlərindən əvvəl Birləşmiş Ştatlar və başqa Qərb ölkələri Moskvanı xarici ölkələrdəki seçkiləri təsirləndirmək və cəmiyyətlərin arasına ixtilaf salmaq üçün kiberhücumlardan istifadədə ittiham etmişdilər.

Putin martın 5-də keçirilmiş müşavirədə deyib: "Siz bilirsiniz ki, son illərdə xarici kəşfiyyatın fəaliyyəti aktivləşib. Onlar Rusiya üzərində ən müasir metodlardan, casusluq ustalığından və texniki casusluq vasitələrindən istifadə etməklə işləyirlər”.

Prezident bildirib ki, təkcə ötən il Rusiyada 72 peşəkar kəşiyyatçının və xarici casusluq agentliklərinin 397 agentinin fəaliyyətinin qarşısı alınıb.

Putin çıxışında deyib ki, “Rusiyanın informasiya məkanı müasir kibertəhlükələrdən mühafizə olunmalıdır”.

Özü keçmiş DTK zabiti olmuş Putin prezident olduqdan sonra yüksək hakimiyyət postlarına çox sayda təhlükəsizlik zabitini gətirib. O tez-tez Rusiyanı onu zəif salmaq istəyən Qərb düşmənlərinin həlqəsi arasında qalan ölkə kimi təsvir edib. O iddia edib ki, Qərb ölkə vətəndaşlarını hakimiyyətin üzərinə qaldırmağa çalışır.  FTX ilə keçirdiyi görüşdə Putin bəyan edib ki, ölkə gənclərini “radikallaşmanın” bütün növlərindən qorumaq lazımdır. Putin deyib ki, “radikalizm bütün siyasi və ideoloji çalarlarında mahiyyətcə dağıdıcıdır və biz adamlarımızı və ölkəmizi gələcəkdə də bu təhlükədən qorumalıyıq”.

Rusiya rəsmiləri seçkidə iştirakına yol verilməyən müxalifətçi Aleksey Navalnını məhz radikal adlandırırlar. (Azadlıq Radiosu)