XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

05 Mart 2018 - 23:30

Atom Enerjisi Agentliyinin baş direktoru:“İranla imzalanmış sazişin iflası böyük itki olar”

“İranla dünya ölkələrinin imzaladığı 2015-ci il nüvə sazişinin iflası böyük itki olar”.

Bunu BMT-nin atom enerjisinə nəzarət agentliyinin rəhbəri martın 5-də deyib. “Bu gün bəyan edə bilərəm ki, İran nüvə öhdəliklərini yerinə yetirir”, – Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano qurumun idarə heyətinin rüblük iclasında deyib. Nüvə sazişinin məqsədi Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsi əvəzində İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasıdır. Hazırda sazişin taleyi sarıdan narahatlıq var. Belə ABŞ prezidenti Donald Trump ötən il deyib ki, sənəddəki qüsurlar “düzəldilməsə”, ondan çıxacaq.

Trump yanvarda razılaşmanın “düzəldilməsindən” ötrü ABŞ konqresmenləri və Avropa müttəfiqləri qarşısında 120 günlük vaxt qoyub. (Azadlıq Radiosu)