XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 00:34

Rusiya Baş Kəşfiyyat İdarəsinin casusluqda ittiham olunan sabiq polkovniki zəhərlənib –Londonda

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

BBC-nin verdiyi məlumata görə, 66 yaşlı S.Skripal və onun yanında olan bir qadın naməlum zəhərli maddənin təsirinə məruz qalıblar. Hadisədən dərhal sonra ticarət mərkəzi dezinfeksiya üçün polis tərəfindən əhatəyə alınıb.

Hazırda Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.