XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

06 Mart 2018 - 09:08

“ABŞ Suriyada həyata keçirdiyi əməliyyatların müddətini uzada bilər” –Pentaqonun rəsmisi

ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.

“Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, deyə Pentaqon rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur/APA.