"Suriya rejiminin dinc sakinlərə qarşı kimyəvi silah istifadə etməsi məsələsini araşdırırıq".
Bu sözləri ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kots deyib.
O bildirib ki, Əsəd rejimi demək olar ki, hər gün ölkəsində xlor qazı və sarindən istifadə edir:
“Orada sarindən çox, xlor qazının istifadəsi var. Son hücumları hazırda dəyərləndiririk. Hələ ki, detallı məlumatlara malik deyilik. Tərəflər bir-birini günahlandırır. Bu məsələdə olduqca narahatıq. Prezidentin (D.Tramp) ötən il bu hücumlara verdiyi reaksiyasını gördünüz. Hazırda biz burada danışarkən məsələnin orada qızğın müzakirəsi gedir”.
Axar.az