XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 00:07

Əsəd ordusu Şərqi Qutanı yenə bombaladı –10 ölü var

Bəşər Əsəd rejimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və Rusiyanın elan etdiyi 5 saatlıq atəşkəsə rəğmən 5 il mühasirə altında saxladığı Şərq Qutanı atəş altında saxlamaqda davam edir.

Son bir neçə gündür şəhər havadan və qurudan güclü atəşə məruz qalır.

Rusiyanın havadan verdiyi dəstək sayəsində Şərqi Qutanın bir neçə kəndini ələ keçirən Əsəd ordusunun bu gün şəhərə edirdiyi aviazərbələr nəticəsində azı 10 nəfər ölüb. Ölənlərin əksəriyyətinin qadın və azyaşlı olduğu bildirilir.

Xatırladaq ki, Əsəd rejimi və dəstəkçilərinin Şərqi Qutaya fevralın 19-dan martın 6-dək etdiyi hücum zamanı 700-dən çox mülki şəxs həlak olub, 3 minə yaxın insan isə yaralanıb/Teleqraf.com.