XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 10:06

BƏƏ hökuməti qanunsuz elektron ticarətə qarşı mübarizə aparacaq- Lisenziyasız səhifələr bağlanacaq

“Khaleej Times” nəşri Birləşmiş Ərəb Əmirlikləri İqtisadiyyat Nazirliyinin istehlakçıların müdafiəsi şöbəsinin müdiri Həşim Əl Nuayminin bəyanatına istinadla xəbər verir ki, bu nazirlik Telekommunikasiyaların Tənzimlənməsi İdarəsi (TRA) ilə birlikdə sosial şəbəkələrdə lisenziyasız fəaliyyət göstərən bütün səhifələri yaxın bir neçə gün ərzində bağlayacaq.

Azərtac  xəbər verir ki, bu tədbir internetdə istehlakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçiriləcək. Həşim Əl Nuaymi istehlakçıları lisenziyası olmayan internet saytlarında alış-veriş etməməyə çağırıb və bu saytları bağlamaq üçün nazirliyin hazırda TRA ilə koordinasiya şəraitində iş apardığını diqqətə çatdırıb.

Bildirilir ki, nazirlik qeyri-leqal elektron ticarət saytlarında istehlakçıların əməliyyatlar aparması zamanı kifayət qədər müdafiəsinin olmadığı səbəbindən həmin saytları da bağlamaq qərarına gəlib. Müvafiq nəzarət idarələri tərəfindən bir çox saytların saxta mallar satdığı və qiymətləri qaldırdığı sübut edilib.