XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2018 - 10:36

Türkiyədə 13 suriyalı tutulub- ABŞ konsulluğu qarşısında terakt törətməyə hazırlaşırdılar

Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun qarşısında terror aktı törətməyə hazırlıqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır.

Xatırladaq ki, bundan əvvəl Samsun vilayətində də Ankarada ABŞ səfirliyi yaxınlığında terakt törətməyə hazırlaşan şəxslər saxlanılmışdı.

Bildirilirdi ki, səfirlik təhlükəsizlik məqsədilə fəaliyyətini dayandıracaq.