XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 10:56

Hind okeanında Danimarka gəmisi partlayıb:itkin düşənlər var

Hindistanın Lakşadvip adaları yaxınlığında Danimarkanın "Maersk" şirkətinə məxsus konteyner daşıyan gəmidə partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə zamanı gəmidə 27 ekipaj üzvü olub.

Partlayışın səbəbləri hələ məlum deyil.

Ərazidə Hindistanın Sahil mühafizəsi və Dəniz axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirilməsi Mərkəzinin əməkdaşları çalışırlar.

İndiyədək 23 nəfər xilas edilib, 4 nəfər isə itkin düşmüş hesab edilir.