XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 11:35

Hindistanda irimiqyaslı hərbi dəniz təlimlərinə start verildi- 30 gəminin iştirakı ilə

Hindistanda hərbi dəniz təlimlərinə start verilib.

Trend-in məlumatına görə, Andaman və Nikobar adalarında keçirilən "Milan-2018" irimiqyaslı təlimlərində təqribən 30 gəmi iştirak edəcək.

"Times of India" qəzeti yazır ki, təlimlər martın 13-dək davam edəcək. Gəmilərin 17-si Hindistan Hərbi Dəniz Qüvvələrinə, 11-i isə digər dövlətlərə – Avstraliya, Banqladeş, İndoneziya, Malayziya, Myanma, Sinqapur, Şri Lanka və Tailanda məxsusdur.

Təlimlərdə məqsəd dəniz məkanında qanunsuz fəaliyyətin qarşısını alınması sahəsində əməkdaşlığın genişləndirilməsidir.