XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 20:55

Rusiyada helikopter qəzası:ölənlərin sayı 6-ya çatıb

Çeçenistanda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində azı altı nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hadisə baş verən Şatoy kəndində yaradılan qərargahdan bildiriblər.

"İlkin məlumatlara görə, qəza nəticəsində altı nəfər ölüb, bir nəfər də ağır yaralıdır. Helikopterin göyərtəsində, ümumilikdə, yeddi nəfər olub", – qərargahdan deyilib.

Respublikanın rəhbəri Ramzan Kadırov bildirib ki, helikopter Sərhəd Qoşunlarına məxsus olub və əlverişsiz hava şəraiti ilə əlaqədar dağlarda dar dərəyə düşüb: "Gələn məlumatlara görə, ölən və yaralananlar var. Onların sayı müəyyənləşdirilir".