XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

07 Mart 2018 - 21:13

Türkiyə və İran prezidentləri Suriyadakı vəziyyətimüzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 7-də İran Prezidenti Həsən Ruhani ilə Şərqi Qutada yaranmış vəziyyəti müzakirə edib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə və İran prezidentləri telefon danışığı zamanı Suriyadakı son hadisələri, əsasən də Şərqi Quta ətrafında yaranan vəziyyəti müzakirə ediblər. Tərəflər BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi üçün qarant ölkələrin birgə səylərinin vacibliyini vurğulayıblar.

Liderlərin, həmçinin aprelin 4-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-İran üçtərəfli sammiti ətrafında da fikir mübadiləsi apardıqları bildirilir.