XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Mart 2018 - 10:58

Türkiyə parlamentində gərginlik: iqtidar deputatları ilə kürd deputatlar arasında əlbəyaxa dava düşdü –Yaralılar var + FOTO

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.

Millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.

Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.