XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2018 - 17:20

“Şərqi Qutaya yardım göndərilməsi dayandırıldı” –Rusiyalı general

Beynəlxalq humanitar yardım təşkilatlarının bu gün üçün planlaşdırılan Şərqi Qutaya yardım konvoyunun göndərilməsi təxirə salınıb.

Bu barədə Rusiyanın Suriya Atəşkəsə Nəzarət Mərkəzinin rəhbəri general Yuri Yevtuşenko məlumat yayıb.

"Beynəlxalq humanitar yardım təşkilatlarının Suriya hökumətilə birlikdə bu gün üçün planlaşdırılan Şərqi Qutanın Duma rayonuna humanitar yardım konvoyu göndərməsi təxirə salınıb. Təxirə salınma səbəbi Nüsrə Cəbhəsinin yardım dəhlizinə hücumlar təşkil etməsi olub. Vəziyyət normallaşdıqdan sonra humanitar yardımların yenidən göndərilmə prosesi başlanacaq", – Yevtuşenko söyləyib/Axar.az.