XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 10:05

Londonda zəhərlənmiş sabiq FTX polkovniki ilə bağlı qalmaqal böyüyür –21 nəfər xəstəxanaya düşüb

Böyük Britanitada ticarət mərkəzi yaxınlığında keçmiş rusiyalı casus əsəb sisteminə təsir edən kimyəvi agentlə hücumdan sonra azı 21 nəfər də xəstəxanada müalicə alıb. Keçmiş FTX polkovniki Sergei Skripal və qızı hazırda reanimasiya şöbəsindədir.

Polis rəmisi Kier Pritchard martın 8-də deyib ki, “xəstəxanada müalicə prosesindən bir neçə nəfər keçib… Onlardan qan analizi götürülüb, dəstək və məsləhət alıblar”. Polis üç qurbanın xəstəxanada yatdığını deyir. Biri Skripalın özü, digəri qızı Yulia və insidentə reaksiya vermiş polis serjantı Nik Baileydir.

Skripal və qızının durumunun “kritik” olduğu bildirilir.

Polis serjantı reanimasiyada olmasa da, durumunun ciddi olduğu qeyd edilir. Kier Prithard keçmiş casusa qarşı hansı növ kimyəvi agentdən istifadə olunduğunu açıqlamayıb. Eləcə də digərlərinin bu maddənin təsirinə necə məruz qaldığı açıqlanmır. Britaniyanın baş səhiyyə rəsmisi Salli Davies ictimaiyyətə risk olmadığını desə də, ekspertlər əsəb sisteminə təsir edən kimyəvi agentlərin çox təhlükəli olduğunu bildirirlər.

“Keçmiş rusiyalı casusa şübhəli əsəb-sinir sisteminə təsir edən kimyəvi agentlə hücum “dəhşətli və amansız cinayətdir”. Bunu Britaniyanın baş naziri Tereza Meyin sözçüsü jurnalistlərə deyib. Sözçü anonimlik şərtiylə danışıb.

Daxili işlər naziri Amber Rudd parlamentdə deyib ki, Britaniya torpağında əsəb sisteminə təsir edən kimyəvi agentdən istifadə “həyasız və ehtiyatsız” hərəkətdir: “Bu, ən qəddar və açıq şəkildə öldürməyə cəhddir”, – Rudd bildirib. O, hakimiyyətin məsuliyyət daşıyan müəyyənləşən kimi uyğun addımlar atacağını bildirib. Hadisə yerinə ilk gələn polis əməkdaşlarından biri də huşunu itirmişdi, indi ayılıb və danışmağa başlayıb. Rudd deyib ki, onun durumu ağır olaraq qalır.

Sergei Skripal Rusiyada dövlət sirlərini Britaniyaya ötürməkdə ittiham edilib və 2006-cı ildə 13 il müddətinə azadlıqdan məhrum olunub. Pensiyaya çıxmış kəşfiyyat polkovniki Skripal 2010-cu ildə ABŞ-ın 10 casusu ilə dəyiş-düyüşdə azad edilmiş 4 məhbusdan biridir. (Azadlıq Radiosu)