XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 21:22

Dağıstanda silahlı insident baş verib –2 hərbçi ölüb


Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerqa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq “Rosqvardiya”-nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.