XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2018 - 13:17

“Volkswagen” 33 mindən çox avtomobili geri çağırır- Səbəb

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Çində satdığı 33 min 142 avtomobili geri çağıracaq.

Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2017-ci illərdə istehsal olunmuş “Touareg” modelindən olan minik vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki klapanlar suyun düzgün axınına imkan vermir və bu, nəticədə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Geriçağırılma prosesinə aprelin 30-dan başlanılacaq.