XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2018 - 17:12

Çində yeni “Fusin” sürət qatarının sınağı keçirilib- FOTO

Çinin sürət qatarları istehsalçısı olan CRRC Tangshan Co. kompaniyasının mühəndisləri saatda 350 kilometr sürət yığan və eyni vaxtda 1100-dən çox sərnişin daşıya bilən “Fusin” qatarının sınağını keçiriblər.

Azərtac Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, 16 vaqondan ibarət yeni qatarın uzunluğu 415 metrə çatır. Bu da hazırda Çin dəmir yollarında istismarda olan “Fusin” qatarlarına nisbətən iki dəfə çoxdur. Kütləvi istehsalına icazə alınması üçün yeni qatar daha bir sıra testlərdən keçməlidir. O, bütünlüklə Çində işlənib hazırlanıb və qurulub.

Saatda 350 kilometr sürətlə hərəkət edən “Fusin” qatarı ötən ilin avqustundan Pekin-Şanxay dəmiryol xəttində işləyir. Bu qatar sərnişinləri mənzil başına əvvəllər olduğuna nisbətən 1 saat 30 dəqiqə tez çatdırır.

Çinin bütün sürət qatarları saatda 350 kilometr sürət yığmağa hesablansa da, ölkənin hakimiyyət orqanları hələ yeddi il əvvəl hərəkəti saatda 300 kilometrədək məhdudlaşdıran qərar qəbul edib.