XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 18:36

Rumıniyada daşqınlar:14 rayon su altında qalıb

Son bir neçə gündə Rumıniyada qarın əriməsi və intensiv yağışların yağması nəticəsində ölkənin cənub və cənub-qərbində yerləşən 14-dən çox rayonda sel daşqınları baş verib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, daşqınlardan daha çox Teleorman, Giurgiu və Bistrita-Nasaud rayonları əziyyət çəkir.

Çaylarda suyun səviyyəsinin qalxması onların məcrasından çıxmasına, nəticədə isə ətraf kəndləri su basmasına səbəb olub. Sel daşqınları zamanı onlarla ev və yüz hektarlala sahələri su basıb, rayondaxili yollar bağlanıb. Fərdi təsərrüfatlardakı ağaclar, əkin sahələrinə və avtomobillərə ciddi ziyan dəyib. Xilasedicilərin köməkliyi ilə daşqınlardan əziyyət çəkən ailələr hadisə yerindən təxliyə edilib. Evlər və həyətyanı sahələrdən suların çəkilməsi davam edir. Təbii fəlakətin aradan qaldırılmasına yanğınsöndürən, polis və könüllülər cəlb olunub.