XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2018 - 19:53

“Müsəlman qardaşları”n 10 üzvü edam cəzasına məhkum edildi- Misirdə

Giza Cinayət Məhkəməsi on Misir vətəndaşını edam, daha beş nəfəri isə ömürlük həbs cəzasına məhkum edib. Yerli mətbuatın yaydığı məlumata görə, edam cəzası alanlardan ikisi qiyabi olaraq məhkum edilib.

Azərtac xəbər verir ki, “Müsəlman qardaşları” təşkilatının üzvü olan məhkumlar sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra silahlı müqavimət təşkil etməkdə, Qahirə və Gizada etiraz aksiyalarında iştirak etməkdə ittiham olunurlar. İstintaqın nəticələrinə görə, ittiham olunanlar Giza əyalətində kütləvi etiraz iştirakçılarının mühafizəsi üçün terror özəkləri yaradıb, polis və ordunun patrulları və postlarına hücumlar edib, partlayıcı qurğular quraşdırıb və polislərin öldürülməsini planlaşdırıblar. Onlar, həmçinin odlu silah saxlamaqda və partlayıcılar düzəltməkdə ittiham edilirlər.