XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 22:17

Şri-Lankada müsəlmanlar əleyhinə çıxışlarla bağlıtəhqiqat başlayıb

Şri-Lanka prezidenti Maytripala Sirisena ölkənin mərkəzi rayonlarında müsəlmanlar əleyhinə çıxışların səbəbləri barədə təhqiqatın başladığını elan edib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iğtişaşlar nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bundan başqa, müsəlmanlara məxsus 200-dən çox ev və ticarət obyekti yandırılıb, 11 məscid binasına zərər dəyib.

Bəzi millətçi buddist qruplar əhalisinin əksəriyyəti buddist olan Myanmadan qaçqın düşərək Şir-Lankaya sığınan müsəlmanların burada məskunlaşmasına etiraz edirlər. Buddistlər bundan başqa, ölkədəki müsəlmanların digər dinlərdən olanları zorla İslama dəvət etmələrindən də narazıdırlar.

Xatırladaq ki, martın 6-da Şri-Lankada müsəlman və buddist icmaları arasında baş verən toqquşmalarla əlaqədar bəzi bölgələrdə 10 gün müddətinə fövqəladə vəziyyət rejimi elan edilmiş, toqquşmaların daha çox qeydə alındığı Kandi bölgəsinə isə hərbçi və xüsusi təyinatlı polis qüvvələri göndərilmiş, orada komendant saatı tətbiq olunmuşdu.

Ölkə polisinin məlumatına əsasən, hazırda bölgədə vəziyyət nəzarət altına alınıb, şənbə günü səhər saatlarında komendant saatı ləğv edilib. Həmçinin dünən müsəlman azlıqların hərbçilərin mühafizəsi altında cümə namazı qıldıqları bildirilir.

Qeyd edək ki, müsəlmanlar 21 milyonluq Şri-Lanka əhalisinin təxminən 9 faizini təşkil edir.