Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.
“Report” "The Times" nəşrinə istinadən xəbər verir ki, boykot mundiala yüksəkvəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoymamağı nəzərdə tutur. "DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", – deyə nəşr mənbənin sözlərini sitat gətirir.
Nəşrin fərziyyəsinə görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər.