XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Mart 2018 - 13:02

Afrin əməliyyatı –Zərərsizləşdirilən terrorçuların sayı 3291 nəfərə çatıb

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3291 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, əməliyyatın 51-cü günündə Afrinin mərkəzinə 4 kilometr məsafə qalıb. Bu günə kimi 175 bölgə terrorçulardan təmizlənib. Qanunsuz silahlı birləşmələrin hərbi təyyarələrlə məhvi davam edir.

"Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.