XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Mart 2018 - 15:24

“Çin ABŞ ilə ticarət müharibəsinə qoşulmağı arzulamır” –Nazir

Çin ABŞ ilə ticarət müharibəsinə qoşulmağı arzulamır. Lakin hökumət belə bir müharibə olacağı təqdirdə, ölkənin və xalqın maraqlarını qətiyyətlə müdafiə edəcək.

AZƏRTAC xəbər verir ki, Çinin kommersiya naziri Cun Şan martın 11-də Pekində keçirdiyi mətbuat konfransında ticarət müharibəsinin qalibi olmadığını, bunun tərəflər, habelə bütün dünya üçün fəlakətli nəticələrə səbəb olacağını bildirib.

Çin rəsmisi ötən 40 il ərzində iki ölkənin ticari-iqtisadi əlaqələrinin inkişaf etdiyini, ticarət dövriyyəsinin 232 dəfə artdığını bəyan edib. O, bu cür inkişaf edən iqtisadi əlaqələrdə bəzən müəyyən problemlərin də ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ölkəyə idxal olunan alüminium və polada tətbiq oluna rüsumların artırılması barədə qərarını mütəxəssislər Birləşmiş Ştatların ticarət müharibəsini başlaması kimi qiymətləndirirlər. Bir çox tərəflər, o cümlədən Avropa İttifaqı, Yaponiya, Çin, Cənubi Koreya bu qərara qarşı çıxdıqlarını bəyan ediblər.