XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

11 Mart 2018 - 19:15

İranda üç nazir vəzifəsindən kənarlaşdırılır-İmpiçiment prosesinə hazırlıq gedir

İran parlamenti prezident Həsən Ruhaninin hökumətində yer alan üç naziri vəzifəsindən kənarlaşmağı planlaşdırır.

Parlament əmək, yol və kənd təsərrüfatı nazirlərini impiçment etmək proseduruna başlayır. İran televiziyası bu haqda məlumatı vitse-spiker Əli Mötariyə istinadla yayıb. O deyib ki, üç nazirin yaxın günlərdə vəzifədən kənarlaşdırılmasına cəhd ediləcək. İran parlamentinin deputatı Əkbər Rəncbarzadə isə jurnalistlərə bildirib ki, əmək naziri Əli Rabii, eləcə də yol və nəqliyyat naziri Abbas Axundinin məsələsinə martın 13-də, kənd təsərrüfatı naziri Mahmud Hojatinin məsələsinə isə martın 14-də baxılacaq.

Yol və nəqliyyat nazirinin istefası tələbi hələ fevralın 19-da səslənmişdi – Tehrandan Yəsuca uçan sərnişin təyyarəsinin qəzaya uğramasından bir gün sonra. Həmin qəzada 65 nəfər ölmüşdü. (Amerikanın Səsi)